Livan işğal olunmuş Fələstinin şimalına yenə raket yağdırdı

Livan işğal olunmuş Fələstinin şimalına yenə raket yağdırdı

KİV-lər Livan Hizbullahının sionist rejimin işğal olunmuş Fələstində yerləşən qəsəbə və hərbi düşərgələrini raketlə hədəfə aldıqlarından xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, Əl Məyadin telekanalı bu gün (10 sentyabr) bu məlumatı verərək deyib: Hizbullahın Livanın cənub bölgələrindən raket hücumlarından sonra sionist qəsəbələrində siren səsləri işə düşüb və insanlar sığınacaqlara qaçmaq məcburiyyətində qalıb.

Məlumata görə başda Cəbəl Mirunda sionist rejimin önəmli strateji Mirun hərbi düşərgəsi kimi digər qəsəbələrdə də siren səsləri insanları qorxuya salıb.

Sionist rejim mediaları Mirun və Səfsufə məntəqəsində elektrik cərəyanın kəsildiyindən xəbər verərək elektrik stansiyalarının raket hücumlarından xəsarət aldığını, Qərbi Əl Cəlildə ardıcıl 30 partlayışın olduğundan xəbər veriblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir