Livan Hizbullahı xəbərdarlıq etdi

Livan Hizbullahının baş katibi sionistlər tərəfindən işğal olunmuş Fələstindən Livanın cənub sərhədində təcavüzkarlığı barədə xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Həsən Nəsrullah Aşura mərasimindəki çıxışında deyib: Livan müqaviməti heç vaxt məsuliyyətdən qaçmayacaq, qəsbkar süst sionist rejim qarşısında möhkəm dayanaraq hər bir təhlükəyə hazır olacaq.

Hizbullah baş katibi həmçinin Livanda baş verən siyasi dəyişikliklərə işarə edərək deyib: Daxili problemlər həll edilməli və xalqın məişəti nəzərə alınaraq parlament öz işinə davam etməlidir.

Çıxışının digər bir hissəsində sionist rejimi bir hörümçək toruna bənzədən Seyid Həsən Nəsrullah vurğulayıb: Livan xalqı mühasirəyə, sanksiyalara və talançılığa müqavimət göstərən xalqdır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir