Livan Hizbullahı: İmam Xomeyni məzlumların arzusunu yerinə yetirdi

QafqazTimes xəbər verir ki, Livan Hizbullahına bağlı Livan parlamentindəki “Əl-Vəfa Lil-muqavəmə” fraksiyası Fəcr ongünlüyü ilə bağlı İmam Xomeyninin xatirəsini yad edən bəyanat yayaraq, İslam İnqilabının Ali Rəhbəri və İran xalqı və rəsmilərini təbrik edib.

Əl-Əhd saytının məlumatına görə, Livan nümayəndəsi İhab Həmmadənin oxuduğu bəyanatda deyilir ki, İmam Xomeyni (r.ə) İslam İnqilabının qələbəsi və İslam hökumətinin qurulması ilə məzlumların arzusunu yerinə yetirdi.

Bəyanatının başqa bir hissəsində o, Livanın daxili məsələlərinə toxunaraq bildirib ki, Əl-Vəfa Lil-muqavəmə fraksiyası ilə Cobran Basilə bağlı olan Əl-Tiyar Əl-Vətəni fraksiyası arasında əldə olunan razılaşma iki tərəfin məsələlərin həllində və livanlılar arasında ixtilafların aradan qaldırılmasında ortaq ruhunu göstərir və “Milli Pakt”ın hər hansı şəkildə pozulması Livanın maraqlarına ciddi təhlükədir. Həmmadə həmçinin nazirlərinin yoxsulluğu aradan qaldırmaq və Livanın iqtisadi çətinliklərini yüngülləşdirmək üçün yeni gəlir mənbələri yaratmaq istiqamətində çalışmalarının vacibliyini vurğulayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya