Livan Hizbullahı: Biz sonunadək Fələstin xalqına dəstək olacağıq

Livan Hizbullahı baş katibinin müavini son günlər İordan çayının qərb sahilində baş verən hadisələrə reaksiyasında bu yolun sonuna qədər Fələstin və müqavimət dəstələrinə sionist rejim təcavüzkarlığına qarşı dəstək olacaqlarını deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim dünən (20 iyun) deyib: Fələstin xalqına eşq olsun! İşğalçılarla mübarizədə  Cenin və Ramullahda nümayiş etdirdikləri qəhrəmanlıqlara eşq olsun!

Şeyx Nəim Qasim Fələstinin fələstinlilərin qanuni haqqı olduğunu, sionistlərin işğalçı rəftarları qarşısında vətənlərini qəhrəmancasına müdafiə etdiklərini vurğulayaraq deyib: Şərafətli və dəyərli Fələstin xalqının öz haqqını almaq hüququ var, çünki vətəni qəsbkarların əlinə düşüb və saxtakar rejimin vandallığına cavab vermək lazımdır.

N.Qasim həmçinin deyib: Fələstinin kişi və qadınlarına, mücahid və şəhidlərinə eşq olsun! Biz də öz növbəmizdə sionistlərlə müqavimətində onlara dəstək olacağıq. İnşallah qələbə qazanacaqsınız. Əlbəttə sionist rejim İordan çayının qərb sahilində baş verən cinayətlərinə belə bir cavab alacağını təsəvvür belə etməzdi. Məhz elə bu istisnalar sionistləri məhv edəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur