Livan Afrika İttifaqının son mövqeyini müsbət dəyərləndirdi

Livan Hizbullahı (İslami Müqavimət Hərəkatı) Afrika İttifaqının sionist rejim əleyhinə son mövqeyini müsbət dəyərləndirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı bu gün (21 fevral) bir bəyanat yayıb.

Bəyanatda deyilir: Efiopiyanın paytaxtında baş vermiş bu məsələ qəsbkar sionist rejimlə qətiyyətli müxalifətin göstəricisidir. Bu rejim xərçəng şişi kimidir. Onunla yaşamaq və bu rejimi regionun bir hissəsi kimi qəbul etmək imkansızdır. Cinayətkar İsrail rejimi ilə əməkdaşlıqları normallaşdırmaq cəhdlərini bizim ümmətimiz qəbul etməyəcək.

Qeyd edək ki, ötən şənbə günü Addis Ababada Afrika İttifaqı ölkə başçılarının 36-cı iclası keçirilib. Bu iclasdan əvvəl bütün ölkələr sionist rejimin iclasa nəzarətçi kimi üzvlüyünün ləğv olunması istənilib. Afrika İttifaqı katibliyi iclasdan öncə Əlcəzair və Cənubi Afrikanın israrı ilə sionist rejimə göndərdiyi dəvəti geri alıb. Amma bununla belə İsrail iclas zamanı nümayəndəsi gizlincə salona daxil olduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən ixrac edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya