Litvanın xarici işlər naziri pişiyə rəsmi “vəzifə verdi” – FOTO

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis nazirliyin həyətindən xilas etdikləri pişik balasını rəsmi nazirlik pişiyi elan edib.

Bu barədə Landsbergis “X” hesabında paylaşım edib.

“Bu, Ranqodur. Həyətimizdəki Ranqo xilas edildi və dərhal Litva Respublikası Xarici İşlər Nazirliyinin rəsmi pişiyi vəzifəsinə yüksəldi”, – deyə nazir açıqlamasında qeyd edib.

Nazirin bu bəyanatı qısa müddətdə minlərlə bəyənmə toplayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi