Liberman: Netanyahu İsrail üçün həyati təhlükədir

Sionist rejim Yisrail Beiteino Partiyasının sədri baş nazir Benyamin Netanyahunun İsrail üçün həyati təhlükə olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Aviqdor Liberman baş nazir Netanyahu və Likud Partiyasının bu günlərdə yeni sərgüzəştlərinə işarə edərək deyib: O dərhal hakimiyyəti tərk etməlidir. Yoxsa İsraili həyati təhlükəyə ata bilər.

Liberman həmçinin deyib: Netanyahu artıq məğlub olmuş bir şəxsdir.

O, Netanyahuya xitabən deyib: Sən təhlükəsizliyi təmin etməkdə uğur qazanmadın, hakimiyyətdə də məğlubiyyətlə üzləşdir. Belə isə, bircə gün belə olsun, vəzifəndə qalmaq haqqın yoxdur.

Liberman həmçinin vurğulayıb: Hal-hazırda Netanyahu İsraili həyati təhlükəsinə atdığı üçün dərhal hakimiyyətdən kənarlaşdırılmalıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur