Liberman: İndiki Knesset olduğu kimi qalarsa, İsrail məhv olacaq

Liberman: İndiki Knesset olduğu kimi qalarsa, İsrail məhv olacaq

Sionist rejim müxalifət partiyasının lideri hal-hazırkı Knesset koalisiyasının 2026-cı ilə qədər hakimiyyətdə qaldığı təqdirdə, İsraildən əsər-əlamət qalmayacağı barədə xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Avidqor Liberman bu gün Mearyo telekanalına verdiyi müsahibədə deyib: Baş nazir Benyamin Netanyunun siyasəti İsraili məhvə doğru aparır və Qəzzə müharibəsində uğursuzluq bunun bir nişanəsidir.

Liberman sonra qeyd edib: Dövlət rəsmiləri bu məhvə çox laqeydliklə yanaşır, dövlətin çökməsi barədə proqnozlarını verən yüksək rütbəli rəsmilərsə sanki bir köhnə binanın dağılması kimi danışırlar.

Libermanın sözlərinə görə İsrailin məhvi təkcə hahamlarla məhdudlaşmır. Yəni, onların tarixi-dini öncəgörmələri ilə bitmir. Çünki faktiki olaraq İsrail batmaq üzrədir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir