Leonardo Di Kaprio bomj kimi görüntülənib – FOTO

Hollivud aktyoru 49 yaşlı Leonardo Di Kaprionun bomj şəklində fotoları yayılıb.

Məlumata görə, aktyor rejissor Pol Tomas Andersonun yeni filminə çəkilir və fotolar həmin filmin çəkiliş meydançasındandır.

Sənətçinin əynində tünd boz rəngli köynək, qırmızı uzun damalı xalat, göy cins şalvar, narıncı altlıqlı idman ayaqqabısı, qara papaq və gün eynəyi var. O, telefon köşkündə dayanıb.

Qeyd edək ki, filmin işçi adı “BC Project”dir. Hələlik süjeti açıqlanmır. Çəkilişlər Şimali Kaliforniyada aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi