Laziqiyyədə Ələvilərin qətliamı; CNN hesabatında dəhşətli cinayətlərin detalları

CNN tərəfindən aparılan bir araşdırma, Suriyanın Laziqiyyə vilayətində minlərlə Ələvinin yaşadığı Əs-Sənubər şəhərində baş verən cinayətləri ortaya çıxardı.

CNN-in məlumatına görə, bu araşdırma 7 sağ qalan şəxslə müsahibələrə, peyk şəkillərinə və sənədli sahə videolarına əsaslanır. CNN bu vasitələrlə şəhərdəki qətliamın ölçüsünü aydınlaşdıra bildi. Burada əsasən əl-Culani qrupları silahsız və mülki əhalini heç bir səbəb olmadan edam ediblər.

CNN təsdiqlədi ki, Suriyanı idarə edən terrorçular tərəfindən öldürülən insanların cəsədləri iki kütləvi məzarda basdırılıb.

Kanal bildirib ki, Əs-Sənubər bölgəsindən yayımlanan videolarda ən azı 84 cəsəd sayılıb. Bu bölgədə bir neçə min nəfər yaşayır.

Digər tərəfdən, yerli sakinlər 200-dən çox insanın öldürüldüyünü qeyd ediblər.

Qafqaztimes

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur