Lavrov Suriya və Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Türkiyəyə səfər edir

QafqazTimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun aprelin 6 və 7-də Ankaraya səfər edəcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Lavrov Türkiyədə ikitərəfli münasibətləri, Ukrayna və Suriyadakı vəziyyəti, Qarabağ məsələsini müzakirə edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çərşənbə günü bildirib ki, o, Rusiya ilə Ukrayna arasında danışıqlar yolu ilə tezliklə sülhə nail olmaq istəyir. Türkiyə prezidenti vurğulayıb ki, sülh (Ukraynada) region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə zəmanət verir.

Xatırladaq ki, Rusiya Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanıdıqdan sonra 2022-ci il fevralın 24-də bu bölgəyə qoşun yeritdi və “Ukraynada xüsusi hərbi əməliyyatların” başladığını elan etdi. Rusiya bu əməliyyatların məqsədinin Ukraynanı de-nazifikasiya etmək, bu ölkəni tərksilah etmək, təhlükəsizlik problemlərini həll etmək və Luqansk və Donetskin yardım çağırışlarına cavab vermək olduğunu açıqlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib