Lavrov: Qərb Rusiyada sabitliyi pozmağa çalışır

Qafqaztimes xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov cümə günü Rusiya xarici siyasətinə dair bir veb seminarda Rusiya Dumasının (Rusiya Federasiyasının aşağı palatası) sentyabr seçkiləri ərəfəsində xarici vəziyyətin çətin olduğunu söyləyib.

O, deyib: “Xarici şərait mürəkkəbdir. Bir çox Qərb ölkələri, xüsusən də yaxınlaşan seçkilərlə əlaqədar olaraq, Rusiyadakı vəziyyətə təsir göstərmək üçün mövcud xarici şəraitdən istifadə etməyə çalışır.”

Rusiya xəbər agentliyi TASS-ın verdiyi məlumata görə, Lavrov daha sonra Qərb siyasi strateqlərinin geniş miqyaslı haqsız vasitələrə, dezinformasiyalara və əsassız ittihamlara əsaslanaraq Rusiyanın daxili siyasi sabitliyini pozmaq istədiklərini gizlətmədiklərini də söyləyib.

Related posts

Livan müqaviməti Məhəmməd Əfifin şəhadəti barədə bəyanat yayıb

Təl-Əvivdə avtomobilin partlaması nəticəsində bir sionistin ölümü + Video

İraq müqaviməti: Sionistlərin işğal etdiyi Eylatı dronla vurduq