Lavanın İslandiyanı cənginə almasının heyrətamiz görüntüləri – VİDEO

İslandiyada vulkan püskürməsindən sonra lavanın qar sahələrini necə əhatə etdiyi dron vasitəsilə qeydə alınıb.

Görüntülər “Nation Geographic”ə məxsus pilotsuz uçuş aparatı ilə çəkilib.

Heyrətamiz kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl baş verən püskürmə nəticəsində lava əsas isti su borularını zədələyib. Bununla əlaqədar İslandiyada fövqəladə vəziyyət elan edilib. İslandiyanın əsas turistik yerlərindən biri olan “Mavi laquna” geotermal kurortu da lava axını səbəbindən bağlanıb. Həmçinin məktəblərdə tətillər elan edilib.

Onu da vurğulayaq ki, vulkan püskürməsi İslandiyada dekabr ayından bəri üçüncü dəfə baş verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi