Laricani: İran İsrailə qarşı cavab hazırlığı görür

Laricani: İran İsrailə qarşı cavab hazırlığı görür

İslam İnqilabı Aliməqam Rəhbərinin müşaviri İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə hazırlaşır və İsrailin hesablamalarını tənzimləmək prinsipi qüvvədə qaldığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əli Laricani bu gün (24 noyabr) deyib: Hərbi rəsmilər hazırda bu məsələ ilə məşğuldur. Belə ki, milli təhlükəsizliklə bağlı olduğu üçün diqqət və müəyyən qədər məxfilik tələb edən məsələdir.

Qeyd edək ki, daha öncə, “Wall Street Journal” İran rəsmilərinə istinadən xəbər yazmışdı ki, İslam Respublikasının İraq ərazisindən İsrailə qarşı daha güclü silahlardan istifadə ediləcəyi növbəti hücumu planlaşdırır.

Bundan öncə İslam İnqilabı Aliməqam Rəhbəri də İsrail və onun düşmənlərinə möhkəm cavab verəcəyini buyurmuş, İnqilab Keşikçiləri Korpusunun baş komandanının müavini “Əli Fədəvi” də açıqlama verərək İranın İsrailə cavabının qəti olduğunu söyləmişdi.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil