Lapid Netanyahuya: Ölkəni başqası idarə edir

İsrailin keçmiş baş naziri yeni nazir Benyamin Netanyahunun “məhkəmə islahatı” layihəsindən geri çəkilməsinə reaksiya verərək kinayə ilə “Ölkəni başqası idarə edir” deyib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Yair Lapid İsrailin ədliyyə naziri tərəfindən idarə edildiyini, realda bütün işlərin baş nazirin Yarif Livin əlində olduğunu vurğulayıb.

Ötən gün İsrail prezidenti  Hertzoq demişdi ki, hal-hazırda biz iki yol ayrıcındayıq: Tarixi böhran və təyinedici bir an. İsrailin vətəndaş müharibəsindən uzaq olduğunu düşünənlər, səhv edirlər.

O, həmçinin 3 gün əvvəl də ölkəsinin iqtisadi, siyasi, təhlükəsizlik və ictimai cəhətdən çox gərgin bir şəraitdə olduğunu qeyd edərək xalqın rəyinə hörmətlə yanaşılmasını təklif etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur