Lapid: Netanyahu 2024-də baş nazir qalmayacaq

Sionist rejim müxalifətçilərinin sədri baş nazirin intensiv olaraq Fələstin müqavimətindən zərbələr aldığını vurğulayaraq deyib: Bizim üçün fəlakət törədənlər artıq 2024-cü ildə baş nazir qalmayacaq.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim müxalifətinin sədri Yair Lapid Benyamin Netanyahuya xitabən deyib: 2024-cü il tam fərqli bir il olacaq. Bizim aramızda uçurum yaradan və fəlakət gətirən hakimiyyətdə qalmayacaq.

Lapid Knessetdə keçirdiyi mətbuat konfransında daha sonra deyib: Biz 2024-cü ildə Netanyahu kabinetinin aramızda yaratdığı uçurumla edəcəyimiz islahat arasında bir seçim edəcəyik. Amma biz hamımız bu seçimin nə olacağını yaxşı bilirik.

Qeyd edək ki, bir neçə gün öncə sionist rejimin 13-cü telekanalının təşəbbüsü ilə keçirilən sorğunun nəticələrinə əsasən, Netanyahunun başçılığı ilə nazirlər kabinetinin tərəfdarları sadəcə 16% səs qazanmışdı. Xatırladaq ki, Knessetin 120 üzvünün 32 nəfəri Yair Lapidin başçılıq etdiyi Likud partiyasının üzvləridir.

Related posts

İsrail ordusunun istefada olan generalı HƏMAS-ın dağıdıcı gücünü etiraf edir

İsrail ordusunun istefada olan generalı Həmasın dağıdıcı gücünü etiraf edir

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub