Lapid içərisində bıçaq olan şübhəli paketlə hədələnib

QafqazTimes xəbər verir ki, işğal altında olan Qüds şəhərinin polisi bu rejimin baş naziri Yair Lapidə içərisində bıçaq olan şübhəli paketin göndərilməsi ilə bağlı araşdırmaya başlayıb.

Sionist “Yediot Aharonot” qəzetinin məlumatına görə, Yair Lapidə təqdim edilmək üçün sionist rejimin Knessetində (Parlament) poçt bağlamalarının qəbulu mərkəzinə göndərilən bu şübhəli bağlamanın içərisində spirtli içkilər, Lapidin özünün fotoşəkilləri olan bloknot, taxta saplı bıçaq və birində 777 avro, digərində isə 1154 avro olan iki zərf olub.

Sionist polisi göndərənin kimliyi və bunu etməkdə məqsədi barədə hələ bir nəticəyə gəlməyib və bu paketin göndərilməsinin səbəbləri və göndərənin kimliyi ilə bağlı araşdırmaya başlayıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib