“Lamborghini” dizaynında smartfon təqdim olundu – FOTO

“Lamborghini” dizaynında smartfon təqdim edilib.

Qadcetin məhdud versiyası “Redmi K70 Champion Extreme Edition” adlanır. Onun dizaynı “Lamborghini Huracan Super Trofeo EVO2” superkarından ilhamlanıb.

“Redmi K70 Champion Extreme Edition” 144 Hz tezliyə malik düz 6,67 düymlük OLED displeylə təchiz edilib. Cihaz “MediaTek Dimensity 9300+” prosessoru ilə işləyir və 120 Vt-a qədər sürətli enerji doldurmağı dəstəkləyən 5500 mAh batareyaya malikdir.

“Redmi K70 Champion Extreme Edition”ın korpusu qara alüminium çərçivədən hazırlanıb. “Lamborghini” loqosu smartfonun arxa tərəfində təsvir olunub. Qadcetin xüsusi hədiyyə qutusu da var.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)