Laçında yaralanan hərbçimiz vəfat etdi – ŞƏHİD STATUSU VERİLƏCƏK

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, hər iki hərbçimiz şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu ağır yaralanmışdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir