Laçında minaya düşən şəxslərdən biri ölüb (Video izlə)

minalanmış ərazi

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir