Laçın-Şuşa yolundakı erməni “xaçkarı” belə söküldü (Video izlə)

Laçın dəhlizinə alternativ çəkilən yol tikintisi zamanı azərbaycanlılar layihəyə maneçilik törədən erməni “xaçkarı”nı yerindən çıxararaq başqa səmtə qoyublar.

Bununla bağlı  görüntülər “Gorus Today” Telegram kanalında yer alıb. Mənbə yazır ki, Zəngəzurun Kornidzor kəndinin yaxınlığından başlayan, Qarabağın Xinşen, Metsşen kəndlərindən keçən və Lisaqorda başa çatan ərazidə azərbaycanlılar yeni yol çəkirlər.
Qeyd edək ki, ermənilər işğal dövründə belə qondarma “xaçkarları” Azərbaycan torpaqlarının demək olar ki, hər yerində yerləşdiriblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir