KXDR ABŞ-a cavab olaraq ballistik raketini sınaqdan keçirdi – FOTO

Koreya Xalq Demokratik Respublikası (KXDR – Şimali Koreya) ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 ​​km məsafəni 4 415 saniyəyə qət edə bildiyi bildirilir.

“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəyib”, – deyə qeyd edilir.

Şimali Koreya lideri Kim Çen In  bildirib ki, “Hwasong-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi