Küveyt xalqı sionist rejimlə münasibətlərin normallaşmasına qarşıdır

QafqazTimes xəbər verir ki, sorğuların nəticələrinə görə Küveyt xalqı sionist rejimlə münasibətlərin normallaşmasına qəti şəkildə qarşıdır və Fələstin xalqını dəstəkləməkdə israrlıdırlar.

“Əl-Xəlic online” xəbər saytı bazar ertəsi axşam saatlarında “Əl-Xəlic” Mərkəzinin sorğusunu dərc edərək, bildirib ki, Küveyt əhalisinin 95%-i Təl-Əvivlə münasibətlərin normallaşmasına qarşıdır. Həmçinin bu ölkə əhalisinin 70%-i sionist rejimlə hər hansı qarşılıqlı əlaqəni “qətiyyətlə” rədd edir.

Əl-Xəlic online Küveyt xalqının sionist rejimə sanksiya tətbiq etməkdə israrlı olduğuna işarə edərək, bu sanksiyanın aşağıdakı vasitələrlə özünü büruzə verdiyini bildirib: Təl-Əvivlə hər hansı idman və kommersiya əlaqəsindən imtina, İşğal olunmuş torpaqlardan yük daşıyan gəmilərin Küveyt sularına daxil olmasının qadağan edilməsi, Sionist rejimlə münasibətlərin normallaşdırılmasını rədd edən müxtəlif nümayişlər, həmçinin 41 Küveyt qrup və təşkilatının İsraillə münasibətlərin normallaşdırılmasının tənqid edilməsi.

Bu xəbər saytı həmçinin qeyd edib ki, Küveyt hökuməti və xalqı israrla Fələstin davasını dəstəkləyir və işğal olunmuş ərazilərdə münaqişəyə son qoymağın yeganə yolu kimi iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruriliyinə təkid edir.

Bu hesabata əsasən, Küveyt ölkəsinin sionist rejimlə heç bir əlaqəsi olmayıb və “Əsrin sövdələşməsi” adlandırılan razılaşmanı rədd etməklə yanaşı, heç vaxt münasibətlərin normallaşdırılmasına dair anlaşmalara razılığını ifadə etməyib.

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!