Küveyt parlamenti İsrailə qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı layihəni qəbul etdi

Qafqaztimes xəbər veriri ki, “Əl-Cəzirə” xəbər telekanalı, Küveyt parlamentində sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxan qanunun qəbul edildiyini xəbər verib.

Bu məlumata görə, Küveyt parlamentariləri cümə axşamı günü sionist rejimə qarşı sanksiyalarla bağlı qanun layihələrinin qəbul edilməsinə müsbət rəy vermişlər.

Bundan öncə Küveyt Xarici İşlər Naziri Əhməd Nasir Əl-Məhəmməd Əs-Səbbah da ölkəsinin Fələstin xalqının hüquqları ilə bağlı mövqeyinin sabit olduğunu bildirmişdi.

O, həmçinin sionist rejimin cinayətlərinin hərbi cinayətlər sayıla biləcəyini də əlavə edib.

Xatırladaq ki, sionist rejimin Qəzza zolağına son hücumunda bir çoxu qadın və uşaq olan 303 fələstinli şəhid olmuşdur.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır