Kürdüstan bölgəsi Mossad qərargahı ilə bağlı araşdırmalara mane olur

QafqazTimes Əl-Məlumə saytına istinadən xəbər verir ki, İraqın “Qanun dövləti” koalisiyasının üzvü Turki əl-Cədan cümə günü Mossad-ın Ərbildəki qərargahında aparılan araşdırma zamanı yerli kürd rəsmilərinin təxribatını ifşa edib.

Məlumata görə, “Qanun dövləti” koalisiyasının üzvü sionist rejimin kəşfiyyat xidmətinin Ərbildə məxfi qərargahının olduğunu bildirib. Hazırda Ərbil və Təl-Əviv arasında əməkdaşlıq mövcuddur və İraq nefti Kürdüstan bölgəsi tərəfindən sionist rejimə satılır.

İraqlı xadim əlavə edib: “Mossad-ın qərargahına raket hücumu çox təhlükəli bir hadisənin (Mossad-ın Ərbildəki qərargahının mövcudluğunun) diqqət mərkəzində olmasına səbəb oldu. Bu qərargahların mövcudluğu İraq üçün təhlükədir.

O, həmçinin deyib: “Hələ indi də Kürdüstan bölgəsinin rəsmiləri Mossad-ın Ərbildəki məxfi qərargahının mövcudluğu ilə bağlı şəffaf və real təhqiqatın qarşısını almağa səy göstərirlər.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))