Kürdəmirdə ağır avtomobil qəzası: Ölən və xəsarət alanlar var – FOTO

Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

“KIA” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində üç nəfər ağır xəsarət alıb, bir nəfər isə ölüb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Meyit isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir