Küləyə qarşı çıxdılar, çardaqla birlikdə uçdular (Video izlə)

Çində faciə ilə nəticələnə biləcək qorxunc hadisənin görüntüləri yayılıb. Belə ki, qasırğa zamanı kafenin çardağını tutub saxlamaq istəyən işçilər konstruksiya ilə birlikdə uçublar.

Qorxunc hadisə İlin (İçan) şəhərində yaşanıb.

Kadrlarda ofisiantların çoxunun havaya qalxdıqdan az sonra dəmirləri buraxaraq yıxıldığı görünür. Ancaq bir kişi çardaqla birlikdə uçur.

Sonradan həmin adamın qonşu evin damına yıxıldığı öyrənilib. Xoşbəxtlikdən o, ciddi xəsarət almadan xilas ola bilib.

Hadisə zamanı küləyin sürəti saniyədə 36 metrə çatıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi