Küçənin ortasında bataqlığa düşən uşaqların xilas edildiyi anlar – VİDEO

Rusiyanın paytaxtı Moskvada qəribə hadisə baş verib.

Belə ki, velosiped sürən uşaqlar küçənin ortasında bataqlığa düşüblər.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Görüntülərdən aydın olur ki, əvvəlcə uşaqları sakinlər çıxarmaq istəyirlər.

“Onlar uşağın ayağını sındıracaqlar. Gözləyin xilasedicilər gəlsin”, – deyə kadrarxası səs eşidilir.

Buna baxmayaraq, uşaqlardan birini çıxarmaq mümkün olur. Digər uşaq üçün isə FHN əməkdaşları çağırılıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi