Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Kubanın xarici işlər naziri sionist rejimin Rəfəhə quru hücumlarını qınayaraq bunun fələstinli soyqırımı tələfatının həddən artıq artıracağı barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına əsasən, Bruno Rodriges X sosial media hesabında yazıb: İsrailin Rəfəhə quru hücumları ABŞ dövlətinin hərbi dəstəkləri və əlbirliyi ilə baş tutan bir cinayətdir. Fələstin dövlətinin qurulması münaqişənin həll olunması üçün ən əlverişli yoldur.

Xatırladaq ki, bundan əvvəl də Kubanın Xarici İşlər naziri Bruno Rodriges X sosial şəbəkəsindəki yazdığı mesajda Qəzzada yaşanan böhranlı səhiyyə vəziyyətinə görə, sionist rejimin bu bölgəyə təcavüzünü pisləyərək Qəzzada hazırda 10.000 müalicə olunmamış xərçəng xəstəsi, digər ölkələrdə tibbi xidmətə ehtiyacı olan 11.000 yaralı, çirklənmə və əsas xidmətlərin olmaması səbəbindən 700.000 xəstənin olduğunu demişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib