Kriştianu Ronaldu ABŞ-də məhkəməyə verildi

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun, “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə məşğul olduğu üçün ABŞ-da kollektiv iddia qaldırıblar.

Verilən məlumata görə, ABŞ-ın Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiaya əsasən Ronaldunun köməyi ilə “Binance” birjası qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər. Bundan əlavə, iddiada Ronaldunun “Binance”ın qeydiyyatdan keçməmiş kripto-qiymətli kağızlarının satışı haqqında məlumatlı olduğu bildirilir, çünki onun investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları var.

Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi