Kralın tacqoyma mərasimi həbslərlə yadda qaldı – FOTO

London polisi mayın 6-da – Kral III Çarlzın tacqoyma mərasimi günü azı 52 nəfəri saxlayıb.

Hüquq-mühafizə orqanları saxlanma səbəbləri arasında dava, ictimai asayişin pozulması faktlarının olmasını iddia ediblər. 

Qeyd olunur ki, saxlanılanlar arasında əllərində “Monarxiya ləğv edilsin”, “Çarlz mənim padşahım deyil”, “Krallıq istəmirik” plakatlarını tutan şəxslər də var.

Artıq insan haqları təşkilatları saxlanılan şəxslərin dərhal sərbəst buraxılmasına dair çağırışlar səsləndirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi