Kral məscidə cırıq corabla gedib – FOTO

B.Britaniya kralı III Çarlz yırtılmış corabla məscidə gələrək gülüş hədəfinə çevrilib.

Məlumata görə, o, heç vaxt dəb meyllərini izləməyə çalışmır, lakin zamanın sınağından çıxmış sevimli modellərinə üstünlük verir. Bəzən bu modellər də onun sahibini əlverişsiz vəziyyətdə qoyur.

Hadisə ilə bağlı Britaniya ictimaiyyəti iki hissəyə bölünüb. Bəziləri baş verənləri normal hal kimi qəbul edərək kralın köməkçilərinə yeni corab almağı məsləhət görüblər. Onlar III Çarlzın da “hər kəs kimi bir insan” olduğunu bildiriblər.

Digərləri isə hadisəni öncədən qurulmuş teatr adlandırıb, Karl və onun tabeliyində olanları qınayaraq, şou qurmaqda ittiham ediblər.

Xatırladaq ki, III Çarlz 2022-ci il sentyabrın 8-də Kraliça II Elizabetin ölümündən sonra kral olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi