Koxavi: Sinvarın terrorunda məğlub olduq

Sionist rejim ordusunun keçmiş qərargah rəisi Həmas liderlərindən olan Yəhya Sinvar və Əl Qəssam batalyonları komandanı Məhəmməd Zəyfi dəfələrlə terror etmək cəhdlərinin puça çıxdığını etiraf edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin Kan televiziyasına müsahibə verən Ayzkut Koxavi deyib: Tel Əviv ordusu İrana qarşılıq vermək barədə hazırlıqlara başlamışdı və Həmasın bizim üçün heç bir təhlükə ola bilməyəcəyini düşünürdü. Amma işlər əksinə oldu.

Koxavi həmçinin 2021-ci ildə Həmasda böyük dəyişikliklərin baş verdiyini hiss etdiyi üçün Yəhya Sinvarı terror etmək istədiyini də qeyd edərək deyib: Təəssüflər olsun ki, üstündə aylarla işlədiyimiz terror planı da boşa çıxdı, Sinvar və Zəyfin terroru bu dəfə də baş tutmadı.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir