Kosmosda 1000 gün keçirən ilk insan kimi adını tarixə yazdı

Rusiyalı kosmonavt Oleq Kononenko tarixdə 1000 gün kosmosda qalan ilk şəxs olub.

Bu barədə Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) məlumat yayıb.

Bildirilir ki, kosmonavt beşinci dəfə kosmosa uçuşunu 2023-cü il sentyabrın 15-də edib.

Kononenkonun Beynəlxalq Kosmik Stansiyaya illik uçuşu başa çatdıqdan sonra (bu ilin 23 sentyabrına planlaşdırılıb) ümumi uçuş müddəti 1110 gün olacaq.

Qeyd edək ki, fevralın 4-də də Kononenko kosmosda ümumi qalma rekordunu qırıb. Bu titulun əvvəlki sahibi rusiyalı Gennadi Padalka olub, onun beşdən çox uçuşu ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi