Kosmonavtların əllərindən saldıqları çanta Yerin “peykinə” çevrildi – FOTO

Hazırda planetin ətrafında fırlanan qeyri-adi bir obyekt peyda olub – alətlər çantası.

Məsələ burasındadır ki, noyabrın 1-də NASA astronavtları Jasmin Moqbeli və Loral Oxara kosmosda gəzinti zamanı alətlərin olduğu çantanı əllərindən salıblar. İndi bu çanta kosmik fəzada saatda 28 min kilometr sürətlə uçur.

“EarthSky”ın məlumatlarına görə, çanta “+6” ulduz böyüklüyündə obyekt kimi kataloqa salınıb. Obyekt Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında uçur və stansiyanı təxminən bir dəqiqə qabaqlayır.

Yeri gəlmişkən, bu, kosmonavtların kosmosda olduqları zaman alətlərini itirdikləri ilk hal deyil. 2009-cu ildə də oxşar alətlər çantası Yer atmosferində yanmışdı. Bundan əvvəl isə çanta təxminən doqquz ay kosmosda olmuşdu.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi