Koronavirus milyonerləri gəmidə yaxaladı!

QafqazTimes.com CNN-ə istinadən xəbər verir: Dünyanın ən böyük kruiz laynerində COVİD-19 partlayışı baş verib. Royal Caribbean kompaniyasının Symphony Of The Seas  kruiz gəmisində artıq 48 nəfər nəfərdə COVID-19 aşkarlanıb. Hadisə layner bir həftəlik səfərdən Mayamiyə qayıdan zaman baş verib. Gəmidə 6 min nəfər var. Yoluxanlar istisnasız olaraq vaksin edilənlərdir. Gəmidəki 6 min nəfərin 95 faizi vaksinlənmiş sərnişinlərdir. Hələ ki yoluxanların hansı ştamma yoluxduğu məlum deyil.

COVİD-19 pandemiyası başlayan zaman ölüm qorxusu altında  bütün kruiz səfərləri ləğv edildi. İnsanlara xəbərdarlıq edilsə də, əksəriyyət vaksinə aldanıb, adi həyata qayıtmağa cəhd edir. Kruiz səfərləri isə ipə-sapa yatmayan milyonerlərin səfərləridir. Sıravi insanlar belə səfərləri ağlından keçirə bilmir. Karib hövzəsində bir həftəlik səfər bir nəfər üçün 1500-3000 (sadə kayut, balkonlu lyuks) avrodur. Hamı bilir ki, bu səfərlərdə əksəriyyət sərxoş olur. Pandemiya şəraitində belə fəza ən təhlükəli fəza sayıla bilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib