Koreyanın şimalından cənubuna zibil şarları buraxılıb – VİDEO

Şimali Koreya Cənubi Koreyaya 300-dən çox zibillə dolu şar göndərib.

Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Bildirilir ki, onlara kağız tullantıları və plastik torbalar yüklənib, ancaq tərkiblərində hələlik heç bir təhlükəli maddə aşkar edilməyib.

Ümumilikdə, Şimali Koreyadan 310 hava şarı buraxılıb. Bunlardan təxminən 30-u Seul və onun ətrafında tapılıb.

Bundan əvvəl Cənubi Koreya Şimali Koreya ilə sərhəddə səsgücləndiricilərdən istifadə etməklə təbliğat yayımlarını bərpa edib. 2016-cı ildən bəri ilk dəfə yayımlanan verilişdə dünya xəbərləri və “K-pop”un xülasəsi yer alıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi