Koreyada it əti qadağası fermerləri ayağa qaldırdı – FOTO

Cənubi Koreya hökumətinin it ətini yeməklə bağlı qadağası fermerləri ayağa qaldırıb. Onlar hökuməti iki milyon iti paytaxt küçələrinə buraxmaqla hədələyirlər.

İslahat əleyhdarları – ilk növbədə təsərrüfat sahibləri parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə, qadağa onların işlərinin sonu olacaq.

Bu səbəbdən fermerlər təhdidlərə əl atıblar və artıq ehtiyac olmadığı üçün milyonlarla iti küçələrə buraxacaqlarını bildiriblər.

Qeyd edək ki, ölkədə restoranlar və qəlyanaltılar üçün itlər donuz və ya inək kimi xüsusi fermalarda yetişdirilir. Onlar, adətən altı aydan bir yaşa qədər kəsilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi