ABŞ prezidenti Co Bayden dövlət katibinin səfərinin ardınca Çin prezidentini “diktator” adlandırıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Bayden bu gün (21 iyun) Kaliforniyada etdiyi bir çıxışında çinli həmkarı Şi Cin Ping haqda danışarkən onu diktator kimi qələmə verib.
Co Bayden Entoni Blinkenin Pekin səfərindən bircə gün sonra Çin hava şarının ABŞ səmasında görünməsindən çox narahat olduğunu qeyd edərək deyib: Mən içində iki konteyner yükü olan o şarı vurduğumda Çin prezidenti bundan xəbərsiz olduğunu dediyində çox narahat idi. Amma diktatorların narahatlıq növü belə olur. Çünki onlar nələr baş verdiyini bilmirlər.
Blinkenin Çinlə əlaqələri düzəltmək zəminində cəhdlərindən sonra Baydenin bu sözləri uğursuzluq əlaməti kimi qiymətləndirilir.