Konqresmenlər: İsrail ABŞ silahları ilə beynəlxalq qanunları pozur

ABŞ-ın demokrat konqresmenləri prezident Co Baydenin İsrailin beynəlxalq qanunları pozmadığı iddiasının düzgün olmadığını vurğulayırlar.

İRNA-nın məlumatına əsasən, Amerikanın 27 demokrat konqresmeni bu gün (18 aprel) müdafiə naziri Llyod Austin, dövlət katibi Antoni Blinken və ABŞ milli təhlükəsizlik məmuru Haynsə məktub ünvanlayaraq sionist rejimə verilən hərbi təchizatla beynəlxaq qanunların pozulduğuna etiraz ediblər.

Məktubda yazılır: Konqres nümayəndələri, dövlət orqanları, beynəlxalq məhkəmələr və insan hüquqları observantları ABŞ-ın sionist rejim baş naziri Benyamin Netanyahuya verdikləri dəstəkləri yaxından izləyir. Belə ki, 7 aylıq müharibə ərzində Amerikanın hərbi dəstəkləri sayəsində İsrailin beynəxalq qanunları tapdaladığı qaçılmaz bir faktdır.

Qeyd edək ki, 40 konqresmenin imzaladığı bu məktubda Amerika Konqresinin keçmiş sədri Plusi Nansinin də imzası var və bu məktubda prezident Co Baydendən İsrailə silah satışının şərtlərlə verilməsi, hərbi dəstəyin dayandırılması və beynəxalq qanunların tapdalanmaması üçün bu rejimlə əlaqələr mövzusuna yenidən baxılması tələb edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir