Knesst üzvü: İsrail Qəzzə bataqlığında boğulur

Knesst üzvü: İsrail Qəzzə bataqlığında boğulur

Sionist rejim parlamentinin üzvü 12-ci kanalla müsahibəsində İsrailin Qəzzə müharibəsi bataqlığında boğulduğunu, bu müharibədə artıq məğlub olduğunu, işğal olunmuş torpaqlarda açıq-aşkar cinayətlərin çoxaldığı və bütün bu problemlərinin səbəbkarının baş nazir olduğunu etiraf edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən,  Yoav Sklovits bu gün (3 iyun) deyib: İsraildə baş verən bütün böhranların səbəbkarı Benyamin Netanyahu və onun daxili təhlükəsizlik naziri İtamar Ben Qvirdir.  Cari ilin başlanğıcından daxildə 100 nəfər qətl edilib və ötən həftə də çox ağır cinayətlərin şahidi olmuşuq. Bu isə məhz Ben Qvirin məsuliyyətsizliyindən irəli gəlir.

Sklovits həmçinin İsraildə baş verən zorakılıqların məsuliyyətinin məhz NK üzərində düşüdüyünü xatırladaraq deyib: Bu problemlərin həll etmək NK-nın vəzifəsidir. Netanyahu vəzifəyə gəldiyindən bu günə kimi İsraildə cinayətlər 130% çoxalıb. Bu isə onun yetərsizliyinin nəticəsidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur