Knesset UNRWA-nı teerorçu elan etdi

Knesset UNRWA-nı teerorçu elan etdi

Knesset UNRWA-nı terror təşkilatı kimi təsnif edərək işğal rejiminin Qəzza və İordan çayının qərb sahilindəki fələstinli qaçqınlara təsir edən qıtlıq müharibəsinə hazır olduğunu bir daha sübut etdi.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim parlamenti bu gün (22 iyul) bəyanat yayaraq Qəzzə zolağında fələstinlilərə daha artıq təzyiqlər göstərmək məqsədilə BMT-nin nəzdində fəaliyyət göstərən fələstinli qaçqınlara yardım və məşğulluq  təşkilatı UNRWA-nı terrorçu təşkilat adlandırıb.

Bu bəyanat Knesseti UNRWA-nın “terrorçu” təşkilat kimi təsnif edilməsinə razılıq verdikdən sonra verilib.

Bu iclasda UNRWA-nın işğal olunmuş ərazilərdə və Qüdsdə fəaliyyətini qadağan edən qanun layihəsi də təsdiqlənib. İsrail hökuməti ilə UNRWA arasında hər hansı əməkdaşlığa mane olan başqa bir qanun layihəsi də təsdiqlənib.

Bu qanunlar birinci baxışda təsdiq edilib və tezliklə ikinci və üçüncü baxışda yekun təsdiq olunaraq qüvvədə olan qanuna çevrilmək üçün səsə qoyulacaq.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir