KİV: İsrail Sinvarın şəhid olması barədə tədqiqat aparır

KİV: İsrail Sinvarın şəhid olması barədə tədqiqat aparır

Kan telekanalı Həmas liderinin şəhid olub-olmaması barədə tədqiqata başladığından xəbər verib.

İRNA-nın məlumatına əsasən, sionist rejim mediaları Yəhya Sinvarın şəhid olması barədə iddia edərək deyib: İsrail Təhlükəsizlik sistemləri bu barədə tədqiqata başlayıb və onun Qəzzədə şəhid olma ehtimalını araşdırır.

Məlumata görə sentyabrın 19-da Qəzzədə atəşkəs və Yəhya Sinvarın Qəzzədən çıxması barədə sionist rejimin planı mediaların ixtiyarına verilmişdi. Həmas liderlərindən olan Cihad Taha bu plana reaksiyada “bizim cinayətkar düşmənə xidmət edən yeni planlara ehtiyacımız yoxdur” demişdi.

Cihad Taha həmçinin vurğulamışdı ki, sionist düşmənin Həmas liderlərini Qəzzədən ixrac etmək xülyaları qəhrəman müqavimət xalqı üçün qəbuledilməzdir.

Related posts

Sionist media: Oktyabr müharibəsi əksər israillilərin psixoloji sarsıntılarına səbəbdir

Hizbullah İbrahim Əqilin şəhid olduğunu təsdiqlədi

Brik: Livana son hücumu İsrailin məhvidir