KİV: İran İsrailin zəifliyindən sui-istifadə edir

KİV: İran İsrailin zəifliyindən sui-istifadə edir

ŞABAK rəsmilərindən biri İranın İsrail cəmiyyəti barədə detallı məlumatı olduğunu bütün güclü və zəif nyuansları ətraflı bildiyi üçün onlardan sui-istifadə etdiyini deyib.

Təsnim İnformasiya Agetliyinin məlumatına əsasən, Arik Heris Barbing bu gün (4 noyabr) 12-ci kanalla misli görünməmiş etirafları olan bir müsahibədə İsraili təhlükəsizlik problemləri ilə üzləşdirə biləcək çoxlu casusların olduğunu qeyd edərək deyib: Bizim hələ tanımadığımız çox casuslar var və onlar bizi təhlükəyə sürükləyir və İran İsrailin bu zəifliyindən istifadə edir.

ŞABAK rəsmisi həmçinin İran üçün işləyən casusların çoxluğundan da gileylənərək deyib: Bu israillilər İran üçün işlədiklərini və nə kimi cinayətə düçar olduqlarını çox yaxşı bilsələr də, yenə bu işə davam edirlər. İran da bu məsələdən çox faydalanır və gələcək planlarında yetərincə istifadə edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur