Kişi qonşusunu “Qrad” ilə atəşə tutdu – FOTO

Krım sakini təsadüfən qonşusunun anbarına “Qrad” atıb.

46 yaşlı kişi meşədə gəzərkən tərk edilmiş zavodun yanında üç mərmi tapdığını deyib. O, sursatları sökmək, onlardan detalları çıxarmaq və əlvan metal kimi satmaq qərarına gəlib.

Lakin o, nəyisə səhv edib və mərmilərdən biri təxminən 70 metr uçub və bir neçə darvaza və damdan keçərək qonşunun anbarına çırpılıb. Xoşbəxtlikdən sursat partlamayıb və heç kim ölməyib.

Hadisə yerinə istehkamçılar gəlib, yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.

Related posts

Dünyanı yeyib doymayan…

Tramp Netanyahuya qarşı mənalı video yayımlayıb – video

İranlı həkimlər ilk dəfə ana bətnində olan dölün beynini əməliyyat ediblər – fotolar