Kişi bir qonşusunu yandırdı, digərinin boğazını deşdi  (Video izlə)

Rusiyanın Vladivostok vilayətində dəhşətli cinayət baş verib. Belə ki, kişi alov qurğusu ilə qonşusunu yandırıb, eləcə də bir qadının boynunu harpunla deşib.

Baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, hadisə Trudovoy kəndində baş verib. Ərazidə elektrik enerjisinin oğurlanması faktının müəyyənləşdirilməsi istiqamətində iş aparılıb – ekskavator elektrik kabelini qazıb çıxarırmış.

Bu, yaxınlıqdakı evlərin sakinlərindən birini qəzəbləndirib və o, əldəqayırma alovlu qurğu ilə hədələməyə başlayıb. Qonşu silahı həmin adamın əlindən almaq istəyəndə isə onu yandırıb. Təcili yardım maşını hadisə yerinə gedərkən kişi harpunla başqa bir qadına xəsarət yetirə bilib.

Zərərçəkənin bədəninin 60%-nin geniş yanıq xəsarətləri var, qadın əməliyyat olunub.

Hadisə ilə bağlı “öldürməyə cəhd” maddəsilə cinayət işi açılıb. İşin gedişi və istintaqının nəticələri prokurorluq tərəfindən nəzarətə götürülüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi