Rusiyanın Xabarovsk diyarında təhlükəli kimyəvi izosiyanat maddəli yükdaşıyan maşının körpüdən düşdüyü üçün yerli sakinlərə Xor çayından su götürmək qadağan edilib.
Bu barədə yerli hökumət nümayəndələri məlumat yayıblar.
Qəza çərşənbə axşamı, aprelin 4-də baş verib. Yolsuzluq avtomobili Artyomdan Vladimirə 17 ton zəhərli izosiyanat daşıyan yük maşını ilə toqquşub, ağır yük maşını çaya düşüb.
Yük maşınının sürücüsü həlak olub, sərnişini xilas edilib, o, xəstəxanadadır. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən şəxs sərxoş olub, o, hadisə yerindən qaçıb.
Rusiya regionunun Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ağır yük maşını çaydan çıxarılıb, yük yerində yalnız bir çəllək aşkar edilib, qalanları, təxminən altı metr dərinlikdə aşkar edilib, onların qaldırılması və utilizasiyası məsələsi müzakirə edilir.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Xabarovsk diyarı üzrə nümayəndəliyi Xor çayından, mərkəzi su təchizatı mənbələrindən və şəxsi quyulardan su nümunələri götürüb, göstəricilərin normal həddə olduğu üzə çıxıb. Lakin administrasiya qabaqlayıcı tədbirlər görməyə qərar verib və qəzanın bütün halları aydınlaşana qədər suyun istifadəsini qadağan edib.
1 şərh
Best rating of https://best-casinoaffiliateprograms.com/ affiliate programs in casino and sports betting, Awesome affiliate programs only we have, review, rating