Kim Çen In qitələrarası ballistik raket buraxılışını ailəsi ilə izlədi – FOTO

KXDR-nın noyabrın 18-də “Xvason-17” tipli qitələrarası ballistik raketi (ICBM) buraxılışına ölkə lideri Kim Çen In həyat yoldaşını və qızını da aparıb.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin paylaşdığı kadrlardan da görünür.

Bildirilir ki, ardıcıl iki gün davam edən raket buraxılışına ölkə lideri rəhbərlik edib.

“Pxenyan Beynəlxalq Hava Limanında buraxılan yeni tip qitələrarası “Hvason-17” raketi 4135 saniyə uçub, 998 mil məsafə qət edib. Onun maksimum uçuş hündürlüyü isə 6040,9 metr olub”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın sonlarında ilk dəfə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Enin olduğu iddia edilən uşağın görüntüləri yayılmışdı.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi