Kerbi: İsrail ordusu Qəzzəyə qurudan hücum etdi

Ağ Ev milli təhlükəsizlik şurasının strateji əlaqələr üzrə koordinatoru sionist rejim ordusunun Qəzzədə quru əməliyyatlarına başladığından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kerbi İsrail ordusunun Qəzzədə Həmas qüvvələrini qurudan hədəfə aldığını bəyan edərək deyib: Bu əməliyyatlar ABŞ rəsmiləri ilə məsləhətləşmədən sonra həyata keçdi. Mən bu barədə dəqiq məlumat verə bilmərəm. Amma mən şəhər daxilində müharibə strategiyası haqda öz fikirlərimi İsrailə demişəm.

Con Kerbi həmçinin İraq və Əfqanıstandakı təcrübələrini də İsrailə dediyini qeyd edərək Tel Əvivdən təqdirəlayiq təşəkkür aldığını da deyib.

Bundan əvvəl bəzi medialar İraqın Fəllucə şəhərində təcrübələri olan ABŞ generallarının işğal olunmuş ərazilərə ezam olunduğundan xəbər vermişdilər.

Kerbi Qəzzədə yaşayan amerikalıların vəziyyəti barədə deyib: Onlar çıxışa qədər Qəzzənin cənubunda yerləşdiriliblər və biz onların çıxa biləcəklərinə ümidvarıq.

ABŞ rəsmisi həmçinin vurğulayıb: Vaşinqton İsrail rəsmiləri ilə intensiv əlaqədədir. Amma burada qərar verən tərəf İsrail ordusudur.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir