Keçmiş baş nazirin siqarı hərraca çıxarıldı – FOTO/VİDEO

B.Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçillin yarımçıq çəkilmiş siqarı hərraca çıxarılıb.

Hərrac iyunun 16-da baş tutacaq. Lot isə 600-800 funt sterlinq (680-1,1 min dollar) dəyərində qiymətləndirilir.

Çörçill 1944-cü il avqustun 29-da Britaniyanın Mərakeşin paytaxtındakı diplomatik nümayəndəliyində onun şərəfinə təşkil edilən şam yeməyindən sonra siqarı baş konsul Hyu Stonhiver-Berdə təqdim edib. Hyu Stonhiver-Berd isə suveniri möhürlənmiş şüşə qaba qoyub. O, 1973-cü ildə 81 yaşında vəfat edənə qədər bu hədiyyəyə böyük həssaslıq və diqqətlə yanaşıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi